Teleqraf xəbər verir ki, Serj Sərkisyanla yanaşı, Vaçaqan Kazaryan da sözügedən torpaq sahələrini qanunsuz əldə etməkdə ittiham edilir.
Məhkəmənin növbəti iclasından sonra təqsirləndirilən şəxslərdən Vaçaqan Kazaryan jurnalistlərə bildirib ki, ona bu torpaq sahələrini heç kim satmayıb, ona görə də müttəhimlər kürsüsündə olmamalıdır.
Jurnalist müttəhim kürsüsündə kimin oturmalı olduğunu soruşduqda, Kazaryan "onu satan" cavabını verib. "Söhbət "Serj Sarkisyandan gedirmi" sualına Kazaryan cavab verib ki, söhbət keçmiş prezidentdən gedir.
Xatırladaq ki, iş 2005-ci ildə hərbi panteonun yaxınlığındakı torpaq sahələrinin mənimsənilməsi ilə əlaqəlidir. Həmin vaxt Serj Sərkisyan müdafiə naziri olub. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, torpaqlar Sərkisyanın sifarişi ilə qanunsuz olaraq, bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.
Məsələ ilə əlaqədar keçmiş prezidentə cinayət işi açılıb.