Bakı. Trend:
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəlimüzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahınagəliblər.
Trend xəbərverir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizinbaşçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.