EN

Danimarkada dron insidenti: Rusiyanın iştirakı istisna edilmir

Danimarkanın baş naziri Mette Frederiksen ölkə hava limanı üzərində müşahidə olunan dron insidentini “ciddi hücum” adlandırıb.

Editor.az xəbər verir ki, O bildirib ki, hadisə strateji əhəmiyyətli infrastrukturun bu günədək qarşılaşdığı “ən ciddi hücum” hesab olunur.

Baş nazir qeyd edib ki, araşdırmalar davam edir və hücumun arxasında hansı qüvvələrin dayandığı hələlik dəqiq müəyyən edilməyib. Bununla belə, Frederiksen Rusiyanın bu provokasiyada iştirakını da istisna etmədiyini vurğulayıb.

“The Guardian”ın yazdığına görə, insident nəticəsində Danimarka və Norveç hava limanlarında uçuşların fəaliyyətində fasilələr yaranıb. Hazırda məsələ ilə bağlı təhlükəsizlik qurumları araşdırma aparır.

//Samir Qurbanov, Editor.az

Chosen
31
editor.az

1Sources