İtaliya yığmasının üzvü Matteo Politano "Napoli" ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, onun sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Politano 2020-ci ilin yanvarından "Napoli"də çıxış edir. O, Neapol təmsilçisi ilə 2 dəfə A Seriyasının qalibi olub.