EN

Rusiya Zaporojyeyə zərbələr endirib - ölən və yaralananlar var

Rusiya Federasiyası bu gün növbəti dəfə Zaporojye şəhərinə beş raket zərbəsi endirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov "Telegram" kanalında məlumat yayıb.

Fedorovun sözlərinə görə, hücum nəticəsində anbar binaları və nəqliyyat vasitələri zərər görüb.

"Tibbi heyət xəsarət alanlara bütün zəruri yardımı göstərir", – o bildirib.

Fedorov qeyd edib ki, hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Chosen
5
4
sabahinfo.az

10Sources