EN

Azərbaycanda daha bir bank bağlanır?

“Fitch” reytinq agentliyi “Expressbank”-ı yüksək riskli hesab edilən "B+" reytinqi ilə qiymətləndirib. 

Reytinq üzrə proqnozu isə "müsbət" yox, "sabit" olaraq təsdiqləyib. “Fitch”in təsnifatına görə, B+ – “Highly Speculative” (yüksək riskli) kateqoriyaya düşür. Bu, defolt ehtimalının az olmadığını, amma hələ ki, borclunun ödənişləri həyata keçirə bildiyini göstərir. 

Qeyd edək ki, ötən illər ərzində ölkədə fəaliyyət göstərən bir neçə bank bağlanıb. Son bağlanan banklar isə “Günay Bank” və “Muğan Bank” olub. “Fitch”in qiymətləndirməsinə əsasən “Expressbank” bağlanan banklar siyahısına daxil ola bilərmi?  Pepperoni pizza

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, açıqlanan nəticə həmin reytinq agentliyinin sözügedən bankın reytinqini endirdiyini deməkdir: 

“Reytinqini endirmək də o deməkdir ki, bankda vəziyyət pisləşib. O baxımdan pisləşib ki, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. 

Ancaq o demək deyil ki, bu bank avtomatik olaraq müflisdir. Çünki ola bilər ki, bankın sahibləri əlavə pul qoysunlar və bunun hesabına bankı bu vəziyyətdən çıxarsınlar. Bütövlükdə bu, o deməkdir ki, bankın vəziyyəti qənaətbəxş deyil, pisləşib. Hər şey ola bilər”. 

Ekspert ümumilikdə bu ilin sonuna kimi ölkədə hansısa bankın bağlanacağını gözləmir:

“Hər halda vəziyyət əvvəlki kimi deyil ki, hər hansı bankın bağlanma ehtimalı olsun”. 


Telegram kanalımız
Chosen
19
5
yenisabah.az

6Sources