Saglamolun saytından verilən məlumata görə, ain.az xəbər verir.
“HEÇ BİR ƏLAQƏSİ YOXDUR”ABŞ Prezidenti Donald Tramp "Düşünürəm ki, autizmin səbəbini tapdıq. Məsələ hamilə qadınların parasetamol içməyidir ", deyə açıqlama verdikdən sonra qlobal müzakirələr başlayıb. Böyük Britaniyanın Durham Universitetinin Sosial və İnkişaf Psixologiyası üzrə Dosenti Dr.Monika Botha, "Mən əminliklə deyə bilərəm ki, parasetamol və autizm arasında heç bir əlaqə yoxdur", açıqlaması verib. Bəzi tədqiqatlar erkən hamiləlikdə parasetamol istifadəsi ilə uşaqlarda autizmin bir qədər yüksək nisbətləri arasında potensial əlaqə olduğunu göstərir, lakin onlar qəti deyil və dərmanın autizmə səbəb olduğunu sübut etmir, deyə açıqlamalar da gündəmdə özünə yer tapıb. Digər mühüm tədqiqatlar da bu tapıntıları təkzib edir.Məsələn, keçən il isveçli tədqiqatçılar 24 il ərzində doğulan 2,5 milyona yaxın uşağın məlumatlarını təhlil ediblər.Onlar aşkar ediblər ki, hamiləlik zamanı parasetamol istifadəsi uşaqlarda autizm, əqli qüsurlar və ya diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DEHB) inkişaf riski ilə əlaqəli deyil.Tədqiqatçılar hesab edirlər ki, autizm genetik və ətraf mühit faktorlarının, məsələn, yaşlı valideyn, havanın çirkliliyinə prenatal məruz qalma və doğuş zamanı aşağı oksigen səviyyələri və digərlər faktorlardan yaranır.
Saglamolun.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.