EN

Qubada qardaş bacısını bıçaqlamaqda şübhəli bilinir

Qubada bıçaqlanma hadisəsi olub.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
24
4
far.az

6Sources