EN

Polşa prezidenti BMT sessiyasında “snus” istifadə etməkdə ittiham olunur

Ajans.az Onet-ə istinadən xəbər verir ki,İnternetdə yayılmış görüntülərdə Navrockinin köməkçisinin ona kiçik bir qutu verdiyi, prezidentin isə həmin qutudan nəsə götürərək ağzına qoyduğu görünür. İddialara görə, bu, tütün məhsulu olan snus olub. Hadisə ictimaiyyət və siyasətçilər tərəfindən sərt reaksiyalarla qarşılanıb. Polşa deputatı Roman Giertych bildirib: “Tütünə aludə olan hər kəs bir neçə saat dözə bilər. Ancaq Karol Navrocki bir saat belə stimullaşdırıcısız dayana bilmir. Belə şəxs heç bir ictimai vəzifə daşıya bilməz”. Digər deputat Tomasz Trela isə bildirib: “BMT sessiyası zamanı dodaq altına bir şey atmaq Polşa dövlətindən daha vacibdir? Bu, yolverilməz davranışdır”. Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

Chosen
29
Ajans.az

1Sources