EN

Rusiya bu il Norveç hava məkanını üç dəfə pozub

APA xəbər verir ki, bu barədə Norveç hökumətinin bəyanatında qeyd olunub.
Norveç hökuməti ötən həftə Estoniyanın hava məkanının Rusiya qırıcıları tərəfindən pozulmasını pisləyib.

Məlumata əsasən, bu ilin yaz və yay aylarında Rusiya təyyarələri ölkənin hava məkanını üç dəfə pozub.
"Norveçdəki insidentlər həm coğrafi baxımdan, həm də davametmə müddəti baxımından Estoniya, Polşa və Rumıniyada baş verən pozuntularla nisbətən daha kiçik miqyaslıdır. Lakin biz bu hadisələri olduqca ciddi qəbul edirik", - Norveçin Baş naziri Yonas Qar Stere bildirib.

Baş nazirin sözlərinə görə, hər iki hadisə aprel və avqust aylarında Vardö şəhərinin şimal-şərqindəki dəniz üzərində baş verib. Üçüncü hadisə isə iyul ayında Şərqi Finnmark bölgəsində, Norveç-Rusiya quru sərhədi boyunca, insanların yaşamadığı ərazidə qeydə alınıb.

Hava sərhədini Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24, SU-33 qırıcıları və L410 Turbolet tipli təyyarələr pozub. Hər bir insident 1-4 dəqiqə davam edib.
Norveç hökuməti hələlik bu pozuntuların qəsdən və ya naviqasiya səhvləri səbəbindən baş verdiyini müəyyən edə bilməyib

Poliqon.info

Chosen
2
2
poliqon.info

3Sources