EN

“Bu dövlət bütün yaramazların, xəyanətkarların öhdəsindən gələcək, amma...” – Millət vəkilindən SENSASİON yazı!

Bəzən sosial şəbəkələrdə aparılan ümumi müzakirələrdə - ələlxüsus, radikal müxalifətin timsalında – son dərəcə absurd fikirlərə rastlayıram. Məsələn, filankəs vaxtilə dövlət qurumunda işləyib, hakimiyyətin "adamı” olub, indi həbsə girib və bu da o deməkdir ki, günah elə sistemin özündədir.

Heç dəxli var? Sistemin nə aidiyyatı?!
Siz düşünürsünüz ki, hakimiyyət, iqtidar bütün çalışanları, məmurları işə götürərkən öncəgörənlik etməli, onların gələcək fikirlərini oxumalı idi?!
 
AZƏRBAYCAN ÜÇÜN OXU! - RHİM İB
İnsan övladıdır bu. Əlbət, içində xəyanətkarı da olacaq, yaramazı da, cinayətkarı da, sədaqətlisi və vəfalısı da...Ayrıca, uzunmüddətli müşahidələr də onu göstərir ki, kim olursansa ol, nə vəzifə daşıyırsansa daşı, hansı postda qərarlaşırsansa qərarlaş, fərq etmir, cinayət törətmisənsə mütləq cavab verəcəksən, cəzanı alacaqsan və...ən kiçik güzəştdən belə söhbət gedə bilməz!

Zatən ən doğru yöntəm də budur!
Çünki müəyyən qism insanlar var, sanırlar, keçmişdə, filan vaxt xidmətləri olubsa, vəssalam, daha sonrakı dönəm üçün yol açıqdır, hər yerdə "yaşıl işıqdır”, bunlara hər şey olar...

Xeyr, elə deyil. Yanılırsız!
Nə vaxtsa xidmətin olubsa, sağ ol! Amma ardınca riyakarlıq, xəyanət, oğurluq edəcəksənsə...o zaman başına dəysin, sənin xidmətin də, gördüyün iş də!
Kaş nə o xidməti edəydin, nə də xəyanəti...
 Bakıda ağaclar məhv edilərək qanunsuz obyekt inşa olunur….Hansı məmur icazə verib? » Kanal 12
Eyni zamanda....mənim şəxsi düşüncəm bundan ibarətdir ki, məhz indiki, son dərəcə həssas dönəmdə Dövlətə və Prezidentin yürütdüyü siyasətə ziyan, zərbə vurmaq cəhdləri – artıq cinayətdən də, satqınlıqdan da, riyakarlıqdan da ötə bir şeydir! Onun adı yoxdur! O hərəkətin tövsifini cinayət məcəlləsi bilmir! O addımın korrekt ifadəsini mövcud leksikonumuz hələ öz lüğətinə salmayıb!

Bax bu qədər ağırdır!
Və...ona görə də, hətta insanlıq halı xətrinə olsa belə, belələrinin qandallanmasına heç bir zaman üzülməmişəm.

Fəqət, paralel fonda, hansısa hərdəmxəyalın günahlarını, cinayətlərini bütün sistemin və hakimiyyətin üzərinə yıxmaq istəyənləri də şiddətlə qınamışam.

Niyə?

Çünki bu ölkədə hamının düzgün, şəffaf, millət və xalqyönümlü çalışmasını ən çox istəyən adam – məhz Prezidentdir!

Çünki öz həyat fəlsəfəsi ilə hər kəsə ideallığın, dürüstlüyün, mərdliyin, ləyaqətlə yaşamağın formulunu göstərən ən birinci şəxs – Prezidentdir!

Çünki, əsl azərbaycanlı, əsl Azərbaycan kişisi, əsl qeyrətli vətən övladı necə olmalıdır istiqamətində bizim ən böyük mayakımız - Prezidentdir!

Bu səbəbdən...

Sözüm Adnan və qeyriləri üzərindən bütün hakimiyyəti və iqtidarı hədəf götürməyə çalışanlara, radikal ünsürlərə, konkret olaraq Əli Kərimli və onun "banda”sınadır:

Siz öncə gedin, öz ətrafınızdakı "ictimai əsaslı quldurlara”, sağınızda və solunuzda lövbər salan lələkli kamikadzelərə, kitabdan uzaq – cinayətə yaxın qaraguruha baxın, ondan sonra hansısa mövzu barədə fikir yürüdün...
 
Adnan Əhmədzadənin həyat yoldaşı KİMDİR? | KONKRET

Üstəlik, bir məqamı, həqiqəti, reallığı da qulaqlarınıza bərk-bərk sırğa edin:

Bu dövlət bütün satqınların, oğruların, agentlərin, oyunbazların, saxta pullarla spekulyasiya, Quran ayəsi ilə manipulyasiya edənlərin öhdəsindən gələcək, onları islah edəcək, cəzalandıracaq!

Amma sizin qapqara, çürük, kirli beyinləriniz heç zaman islah olmayacaq!

Bilirsinizmi niyə?

Çünki o beyinlər xarici lobbilərin, xüsusi-xidmət orqanlarının əsarətindədir!

Çünki o beyinlər Şuşanın, Xankəndinin azadlığını dərk etməyəcək qədər atrofiyaya uğrayıb!

Çünki o beyinlər çoxdan erməniləşib, fransızlaşıb, hindistanlaşıb!

Və nəhayət:

Çünki o beyinlər yalnız və yalnız Azərbaycanı ləkələmək, "vurmaq” və uğurlarımıza, qələbələrimizə kölgə salmaq üçün ixtisaslaşıb!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
 
Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq | Modern.az
 

Chosen
8
2
7news.az

3Sources