Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.
"Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq", - deyə M.Cabbarov bildirib.