EN

Həccə gedən anası ilə “WhatsApp”la danışmaq istədi, qonşunun yeznəsi pullarını oğurladı

Həcc ziyarətində olan anası ilə “WhatsApp” vasitəsi ilə danışmaq istəyən şəxs oğurluğa məruz qalıb.

KONKRET.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə həmin şəxsin qonşusunun evində olduğu zaman baş verib.

Z.G. qonşusu G.Q.-nın evinə gedərkən ikincinin yeznəsi E.R. də ora gəlib. Z.G. Məkkədə Həcc ziyarətində olan anası ilə “WhatsApp” tətbiqi ilə dnaışmaq istəyib. Lakin tətbiqin telefona necə endirildiyini bilməyib.

Qonşusunun yeznəsi bu məsələdə ona kömək edəcəyini deyərək telefonu Z.G.-dan alıb. O, Z.G.-nın telefonuna tətbiqi endirərkən fürsətdən istifadə edərək banklardan birinin mobil tətbiqinə daxil olub və Z.G.-nın kart hesabındakı 381,90 manat pulu öz kartına göndərib.

Hadisənin üzərindən bir qədər keçdikdən sonra G.Q.-nın yeznəsi yenə baldızının evində Z.G.-nın telefonunu alıb. Bu dəfə isə ona məxsus kart hesabından 199 manatı öz kartına yükləyib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə E.R.-ya 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 ay 29 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Chosen
8
3
konkret.az

4Sources