Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo Nyu-Yorkda Fransa prezidenti Emmanuel Makronun korteji ilə bağlı insidenti alçaqlıq hesab edir.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Xatırladaq ki, Amerika polisi ABŞ prezidenti Donald Trampın kortejinin yolunu açmaq üçün Nyu-Yorkda Fransa liderinin kortejini dayandırıb.
“Yəni, o alçaldılmaqdan xoşu gəlir - bu, onun problemidir. Onun Fransanı alçaltması, bağışlanmazdır”, - partiya sədri məsələni şərh edib.
Bəxtiyar CƏFƏRLİ