EN

Toy etmək istəyənlərə VACİB XƏBƏR Azərbaycan qızıl bazarında 14 gündə FANTASTİK ARTIM

ain.az, Baku.ws saytına istinadən bildirir.

2025-ci ilin əvvəlindən etibarən qızıl bazarında kəskin qiymət artımı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, yanvar ayından sentyabr ayınadək qızılın 1 unsiyasının qiyməti 2,720 ABŞ dollarından 3,700 dollara yüksəlib. Bu isə cəmi 9 ayda təxminən 35,7% artım deməkdir.

Əgər 2025-ci ilin ilk 9 ayındakı artım tempi ilin sonuna qədər eyni templə davam etsə, 2026-cı ilin yanvarına qədər qızılın qiyməti 1 unsiya üçün təxminən 4,125 ABŞ dollarına çata bilər.

Paytaxtda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, hazırda Azərbaycan bazarında da qızılın qiymətində ciddi artım müşahidə olunur. Satıcıların sözlərinə görə, bu artım alıcılıq qabiliyyətinə də təsir edib.

Satıcı deyir ki, 585 əyar (Türk qızılı) 160-162 manat, 750 əyar (İtalyan qızılı) isə 200-210 manat arasında satılır. Qiymətlərdəki fərq qızılın əyarına və mənşəyinə görə dəyişir.

Bundan əlavə, qızılın bahalaşması müştərilərin sayını azaldıb. Artıq bir çox müştəri sadəcə qiymətlərlə maraqlanır, lakin alış etmədən geri dönür:

"Müştərilər gəlir, maraqlanır, amma çoxu almadan gedir. Qiymət artımının bizlə bağlı olmadığını izah edirik. Bu, dünya bazarında baş verən proseslərlə əlaqəlidir", - deyə qızıl satıcısı bildirib.

Qeyd edək ki, sentyabr ayının 10-na olan məlumatda paytaxtda qızılın satış qiyməti 585 əyar (Türk qızılı) 140-145 manat, 750 əyar (İtalyan qızılı) isə 171-190 manat arasında dəyişir. Bu da o deməkdir ki, son 14 gün ərzində Azərbaycan bazarında 585 əyar (Türk qızılı) 1 ramı 20-23 manat, 750 əyar (İtalyan qızılı) isə 20-28 manat bahalaşıb.

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
baku.ws

3Sources