EN

Qəzzada həlak olanların sayı açıqlanıb

Qəzza zolağında son 24 saat ərzində döyüşlər və İsrailin atəşə tutması nəticəsində təxminən 38 fələstinli həlak olub, ən azı 190 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, münaqişədə həlak olan Qəzzalıların ümumi sayı 65 382 nəfərə çatıb, 167 000-ə yaxın yaralı var.

Səhiyyə Nazirliyi anklavdakı tibb müəssisələrinin İsrail ordusunun hədəfində qalması ilə əlaqədar olaraq Qəzzanın səhiyyə sisteminin tam iflasa uğramaq ərəfəsində olduğunu vurğulayıb.

Chosen
13
ucnoqta.az

1Sources