EN

Qida ilə təmasda olan materiallar üçün yeni qaydalar tətbiq olunub

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir. Eyni zamanda, pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir: məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında. Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı göstərilməlidir.

Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanmasında geniş tətbiq olunur. Lakin həmin materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
4
metbuat.az

7Sources