EN

Sabah Bakıda bu yol bağlanır

Sabah saat 08:00-dan 25 sentyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində - A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Chosen
1
14
xezerxeber.az

10Sources