EN

Ukrayna azərbaycanlı avtoriteti HƏBS EDİR Aldaş a AĞIR İTTİHAMLAR

Lent az saytına istinadən ain.az xəbər verir.

Hüquq-mühafizə orqanları Cənubi Palmiranın (Odessanın) Primorski və Kiyev rayon məhkəmələrinə Bolqrad rayonundan olan, 37 yaşlı Yevgeni Uluzov (“Meçu” ləqəbli) və Moldovanın 41 yaşlı vətəndaşı, azərbaycanlı kriminal avtoritet Eldəniz Əhmədov (“Aldaş” ləqəbli) barəsində ittiham aktları göndəriblər. Uluzov 2023-cü ilin yayına qədər İzmail şəhərinə “nəzarət edən” şəxs (“smotryaşiy”) kimi tanınıb.

Lent.az xəbər verir ki, onlara Ukrayna Cinayət Məcəlləsinin 255-ci maddəsinin 5-ci hissəsi üzrə (cinayətkar fəaliyyətin koordinasiyası) ittihamı irəli sürülüb. Bu fəaliyyət 43 yaşlı Batumi əsilli Mindia Goradze (“Lavasogli Batumskiy” kimi tanınan “qanun oğrusu”) tərəfindən qurulmuş iyerarxiya çərçivəsində həyata keçirilib. Bu məlumatlar məhkəmə reyestrinin öz əksini tapıb.

Etnik azərbaycanlı “Aldaş” ləqəbli Eldəniz Əhmədov isə xüsusi məhkəmə icraatı proseduru üzrə – yəni qiyabi qaydada məsuliyyətə cəlb olunur.

Məlumata görə, “Lavasogli Batumskiy” tərəfindən himayə olunan qruplaşmanın fəaliyyətində iştirakı ilə yanaşı, Əhmədova habelə hədə-qorxu ilə tələb etmə (Ukrayna CM, maddə 189, hissə 4), quldurluq hücumu (maddə 187, hissə 1), bədən xəsarəti yetirmə (maddə 122, hissə 1) və kriminal avtoritetlər üçün “xas” olan nəqliyyat vasitələrinin oğurlanması (maddə 289, hissə 2) ittihamları irəli sürülüb.

Qeyd olunur ki, 2023-cü ilin fevral ayının sonunda hüquq-mühafizə orqanları Odessada nüfuzlu kriminal dairələrin nümayəndələrinin ifşa edildiyini açıqlayıb. O zaman iki “smotryaşiy” fiziki olaraq saxlanılıb. Ümumilikdə isə “qanun oğru” Mindia Goradze də daxil olmaqla bir sıra şəxslərə ittihamlar elan olunub.

Bir il ərzində beş kriminal avtoritetə qarşı ittiham işi məhkəməyə göndərilib. Söhbət Odessa İstintaq Təcridxanasına nəzarət edən Roman Kaxidze (“Roma Batumskiy”), “brodyaga” ləqəbli İqor İlnitski (“Motıl”) və İvan Çumakov (“Vanya Russkiy”), həmçinin Çernomorsk şəhərinə nəzarət edən keçmiş və hazırkı “smotryaşiy” Vitali Florenko (“Qnom”) və Ruslan Stadnikov (“Poduşka”) haqqında gedir.

Güc strukturlarının şərhinə görə, yuxarıda adları çəkilən kriminal avtoritetlər, eləcə də “Aldaş” ilə “Meçu”, “qanun oğrusu” Lavasogli Batumskiyin adından və onun himayəsi altında fəaliyyət göstəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
lent.az

1Sources