EN

“Nəsimi” festivalı mədəniyyəti, ədəbiyyatı və insanın daxili mənəvi aləmini birləşdirən unikal hadisədir - Nazir

Bakı. Trend:

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir,mənəviyyat və incəsənət festivalının açılışı olub.

Trend xəbər verirki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqətaxtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.

Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada,Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan,Türkiyədən alimlər iştirak ediblər.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimliçıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbiənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib vəbu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindənbiridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həmölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinintanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyükəhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizinsuverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi iləəldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını dahada gücləndirir.

“Nəsiminin irsi təkcə mədəni və ədəbi dəyər deyil, həm də bütünbəşəriyyət üçün aktual olan humanist dünyagörüşün əsasını təşkiledir. Hesab edirik ki, bu festival xüsusi əhəmiyyət kəsb edir,çünki Nəsimi yaradıcılığının, onun fəlsəfəsinin və zəngin ədəbiirsinin müzakirəsi daha dərin və sistemli kontekstdə aparılır,dünya elmi və ədəbiyyatı üçün yeni üfüqlər açır.

“Nəsimi” festivalı sadəcə ədəbiyyat bayramı deyil. Bu, şeriyat,fəlsəfə, mədəniyyət və humanizmin sintezidir. O, mədəniyyətlər, elmvə mənəvi dəyərlər arasında dialoqun birləşdirici meydanınaçevrilib.

Son illərdə Nəsimi yaradıcılığının İslam dünyasında və Şərqdəciddi diqqət mərkəzinə çevrilməsi də təsadüfi deyil. Onunyaradıcılığı humanitar tədqiqatlarda xüsusi yer tutur, insanındəyərinə, daxili aləminə, ədalətə əsaslanan fəlsəfəsi isə müasirdövrümüz üçün olduqca aktualdır. Əminik ki, hazırkı festivalçərçivəsində də beynəlxalq forum bu dəyərlərin təsbitinə, xüsusiləgənclər arasında təşviqinə yönəlmiş yeni ideyaların inkişafınatöhfə verəcək. Axı Nəsimi fəlsəfəsinin mərkəzində həmişə insan vəonun ləyaqəti dayanır. Bu isə təkcə mədəniyyətə deyil, həm dəictimai həyatın bütün sahələrinə – iqtisadiyyata, təhsilə, həttadövlət siyasətinə aiddir. Nəsimi bu gün yalnız şair deyil, həm dəhumanist istiqamətlərin mənbəyidir.

“Nəsimi” festivalı mədəniyyəti, ədəbiyyatı və insanın daxilimənəvi aləmini birləşdirən unikal hadisədir”,- deyə nazirvurğulayıb.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources