EN

Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sentyabr 18-19-da Maltanın Valetta şəhərində “Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi” mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və digər rəhbər şəxslər iştirak ediblər.

Konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi və əlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədə iştirakçıları məlumatlandırıb.

Konfrans çərçivəsində “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyanın 3 saylı əlavə protokolu (“Valetta” protokolu) imzaya açıq elan edilib. Bununla bağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiq Protokolun hazırlanması zərurəti, onun fəaliyyətin təkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrə tədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
10
cebheinfo.az

10Sources