EN

Akopyanın türkiyəli aktyorla “sevgi romanı” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər Rusiya mediası və sosial şəbəkələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın türkiyəli məşhur aktyor Can Yamanla gizli münasibətdə olması barədə iddialar geniş müzakirə olunur. Bəs, Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi getdiyi bir vaxtda, bu iddiaların ortaya atılması təsadüfi ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Akopyan haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu iddiaların Rusiya mediasında gündəmə gətirilməsi təsadüfi deyil. Əgər ortada hansısa real fakt olsaydı, Türkiyənin güclü və kifayət qədər müstəqil media orqanları bunu çoxdan işıqlandırardı. Halbuki belə bir hal müşahidə olunmur. Bu isə onu göstərir ki, məsələ süni şəkildə şişirdilir”.

Ekspertin sözlərinə görə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan müsbət dinamika, hətta sərhədlərin açılması və sülh müqaviləsinin imzalanması ilə bağlı optimist fikirlər Rusiya mediasını narahat edir:

“Belə xəbərlərin məqsədi Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələrinin normallaşma prosesini yubandırmaqdır. Anna Akopyan haqqında əvvəllər də müxtəlif iddialar səsləndirilib, lakin onların heç biri ciddi təsir göstərməyib. Bu iddialar da sadəcə gülünc görünür və proseslərə təsir edəcək qədər ciddi deyil”.

Cavanşir Abbaslı hesab edir ki, yayılan iddialar siyasi manipulyasiya xarakteri daşıyır və real əsası yoxdur.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
konkret.az

2Sources