Rusiya prezidenti Vladimir Putin artıq yeddi “qırmızı xətti” keçərək ABŞ prezidenti Donald Trampı və ABŞ-ı pis vəziyyətdə qoyub.
Herbiand.az bildirir ki, bunu senator Jinn Şeyhin BMT Baş Assambleyasının kuluarlarında Axios-a şərhində bildirib.
“Prezident Tramp ona təkcə özünü deyil, həm də ABŞ-ı rüsvay etməyə icazə verdi”, - o, jurnalistlərlə söhbətində deyib.
Jinn Şeyhin hesab edir ki, ABŞ Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün qəti addımlar atmalıdır: “Biz Vladimir Putinə aydın mesaj verməliyik ki, o, bitib. O, bu münaqişəyə son qoymalıdır, buna indi son qoymalıdır”.
Senator xatırladıb ki, Tramp avqustun 15-də Alyaskada Putinlə görüşüb: “Sammitin heç bir nəticəsi olmayıb. Putin təzyiq olmadan heç nə etməyəcək. O, yalnız gücü başa düşür və ABŞ bunu nümayiş etdirməlidir”.
Bəxtiyar CƏFƏRLİ