EN

Orta Dəhliz Amerika şirkətləri üçün nəhəng biznes-imkanlara açır - USACC icraçı direktoru (ÖZƏL)

Bakı. Trend:

Son onillikdə Orta Dəhliz sürətlə yaxşı inkişaf etmiş logistikobyektlər, boru kəmərləri, fiber-optik rabitəsi və xidmətlərşəbəkəsinə malik zonaya çevrilib və beynəlxalq şirkətlər, xüsusiləamerikalı şirkətlər üçün böyük ticarət və biznes imkanları təqdimedir.

Bunu Trend-əAmerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoruNatiq Baxışov Azərbaycan, Gürcüstan və Qazaxıstanı əhatə edən Ortadəhliz regionuna Amerikalı iş adamlarından ibarət nümayəndəheyətinin səfərinin yekunlarına dair verdiyi özəl müsahibədəbildirib.

Missiya 4-11 sentyabr tarixlərində USACC, Amerika-GürcüstanBiznes Şurası və Qazaxıstandakı Amerika Ticarət Palatası tərəfindənbirgə təşkil olunub və burada amerikalı dövlət və özəl sektornümayəndələrinin liderləri bir araya gəlib.

“Amerikalı iş adamlarından ibarət nümayəndə heyətinin bu regionasəfəri zamanı həm dövlət, həm də özəl sektordan olan nümayəndələrləbirlikdə imkanları gördük. Xüsusilə Xəzər dənizinin hər ikisahəsində – Ələt və Aktau limanlarında irəliləyiş ruhlandırıcıdır.Mangistau hakimiyyətinin Aktau limanını logistika və turizmmərkəzinə çevirmək üzrə iddialı planları Azərbaycan tərəfindəkioxşar təşəbbüslərlə uyğunluq təşkil edir”,- deyə o bildirib.

Baxışov qeyd edib ki, perspektivdə logistik xidmətlər və əlavədəyərli xidmətlər Orta Dəhliz üçün prioritet sahələrdən olacaq.

“Marşrut boyunca iqtisadiyyatların yeni reallıqlara uyğunlaşaraqdaha çevik və biznes yönümlü olması sevindiricidir. Missiyamızzamanı biz Ələt və Tbilisidə sərbəst iqtisadi zonaları ziyarətetdik; burada artıq yüksək ixrac potensialına malik beynəlxalqşirkətlər fəaliyyət göstərir. Yalnız Ələt Azad İqtisadi Zonasında20-dən çox beynəlxalq şirkət yerləşib. Amerikalı şirkətlər üçün ənböyük potensialı Avrasiya təchizat zəncirlərinə malik firmalardagörürük; onlar bu zonalarda fəaliyyət göstərməklə fayda əldə edəbilərlər”, USACC icraçı direktoru əlavə edib.

O bildirib ki, Orta Dəhlizin fəaliyyətini təmin edən əsasamillər Azərbaycan, Qazaxıstan və Türkmənistanın tranzitimkanlarıdır (Xəzər dənizi vasitəsilə).

“Xəzər sahilindəki dövlətlərin liman infrastrukturlarınıgenişləndirməyə yatırım etməsi və əməliyyatların harmonizasiyasınaçalışması sevindiricidir. Liman infrastrukturundan əlavə, Xəzərbərə donanmasının da Dəhlizin işləməsində mühüm rolu var. BuradaBakı Dəniz Gəmiqayırma Zavodunun fəaliyyəti qeyd edilməlidir; bu,regional kommersiya donanmasının müstəqilliyinə böyük töhfə verir.Missiyamız zamanı Qazaxıstan nümayəndələri bərə güclərininartırılması planlarını bölüşdülər. Bu, regionda yük tranzitinə olantələbin artdığının vacib göstəricisidir”,- deyə o əlavə edib.

Orta Dəhlizin infrastrukturu: nümayəndə heyətininmüşahidələri

Baxışov qeyd edib ki, bu missiya, o cümlədən nümayəndə heyətinəOrta Dəhliz boyunca real iş prosesi və xidmətlərlə tanış olmaqimkanı yaratması baxımından da unikal olub.

“Xəzər dənizinin hər iki tərəfində yerləşən limanlarda əldəolunan tərəqqini görmək ruhlandırıcıdır. Tranzit yükdaşımalarınınsürətlə artması ilə yanaşı, limanlar və logistika obyektləri də buartıma uyğun şəkildə genişlənir. Bakı Limanında isə biz yüklərinemalını sürətləndirəcək gələcək genişlənmə və optimallaşdırmaplanları ilə tanış olduq.

Əlbəttə, bu proseslər müəyyən problemlərlə də müşayiət olunur.Ən kəskin məsələlərdən biri Xəzər dənizinin səviyyəsinin enməsidir.Məsələn, Aktau limanında limanın normal fəaliyyətini təmin etməküçün aparılan dibdərinləşdirmə işlərini müşahidə etdik”,- deyə obildirib.

USACC-nin icraçı direktoru vurğulayıb ki, Orta Dəhlizin fizikiinfrastrukturundan danışarkən, xüsusilə Azərbaycanda istehsalolunan bərələr Xəzər daşımalarının əsasını təşkil edir.

“Onlar marşrut və yolda sərf olunan vaxtın dəqiq hesablanmasınaimkan verən müasir texnologiyalarla təchiz olunub. Bununla belə,yük göndəricilərinin də qeyd etdiyi kimi, hərəkət cədvəlləri hələdə qeyri-müəyyəndir və qrafikin yaxşılaşdırılması biznesin işinixeyli asanlaşdıra bilərdi. Nümayəndə heyətimiz, həmçinin, BakıdanTbilisiyə quru nəqliyyatı ilə səyahət edərək yolların vəziyyətibarədə əyani təsəvvür əldə etdi. Ümumilikdə magistral yollar yüksəkstandartlara uyğun inşa olunub ki, bu da həm sərnişin, həm də yükdaşımalarına müsbət təsir göstərir. Lakin məhdud keçid imkanlısahələr də mövcuddur – xüsusilə də, avtomobil yolları birbaşayaşayış məntəqələrindən keçərkən, nəqliyyat axınının ləngiməsinəsəbəb olur.

Nəhayət, Azərbaycanda olduğumuz müddətdə biz Dövlət GömrükKomitəsinin rəhbərliyi ilə də görüşdük. İnfrastrukturunmüasirləşdirilməsi, o cümlədən Gürcüstanla birgə sərhəd-keçidməntəqəsinin yaradılması planları barədə eşitdiklərimizə məmnunolduq. Bu kimi layihələr siyasətin harmonizasiyasından tutmuşqabaqcıl texnologiyaların tətbiqinədək qonşu ölkələrinçoxkomponentli yanaşmasını tələb edir. Biz hesab edirik ki,etibarlı Amerika texnologiyaları bu proseslərdə mühüm rol oynayabilər və oynamalıdır da”, - deyə Baxışov əlavə edib.

Orta Dəhlizin rəqabətqabiliyyətliliyininartırılması

USACC-nin icraçı direktoru qeyd edib ki, Orta Dəhlizə artıqyalnız alternativ və ya “plan B” marşrutu kimi baxmaq olmaz.

“Şərqi Avropada baş verən son geosiyasi dəyişikliklər, xüsusilədə Rusiyanın Ukraynaya qarşı müharibəsi, tədarük zəncirlərini pozduvə minlərlə Amerika və Avropa şirkətini Rusiya bazarını tərk etməyəməcbur etdi. Bu isə göstərdi ki, dünya ticarəti geosiyasisarsıntılar qarşısında nə dərəcədə həssas ola bilər. Bu kontekstdəOrta Dəhliz Avrasiyanın əsas ticarət arteriyasına çevrilir, MərkəziAsiya və Qafqaz vasitəsilə Şərqlə Qərbi Avropaya birləşdirir, eynizamanda təhlükəsiz və proqnozlaşdırıla bilən xidmətlər təqdimedir.

Şübhəsiz ki, Dəhlizin multimodal xarakteri müəyyən çətinlikləryaradır. Lakin fiziki infrastruktur — regional obyektlər vəşəbəkələr, eləcə də “yumşaq infrastruktur” — siyasətinəlaqələndirilməsi və xidmətlərin harmonizasiyası sahəsindəinvestisiyalar davam etdirilərsə, Dəhliz mövcud marşrutlarla tamrəqabət apara biləcək vəziyyətə gələ bilər. Təkcə ötən ilrəqəmsallaşdırma və harmonizasiya istiqamətindəki səylər sərhədkeçid vaxtını 30% azaltmağa imkan verdi ki, bu da islahatların realnəticəsini aydın göstərir”,- deyə o bildirib.

Baxışovun fikrincə, Orta Dəhlizin qlobal biznes üçünuzunmüddətli cəlbedici məntəqəyə çevrilməsi üçün marşrut boyu hərbir iqtisadiyyatda tədarük zəncirlərinə əlavə dəyər qatmaqzəruridir.

“Dəhlizdən keçən yüklərə əlavə dəyər verməklə ölkələr onubeynəlxalq ticarətin əsas sütunlarından birinə çevirə bilərlər.İnsanlara sərmayə qoyuluşu da az əhəmiyyət daşımır. Yerli əməkbazarının inkişafı, mühəndislik, yüksək texnologiyalar, xidmətsektoru və digər sahələrdə insan kapitalının formalaşdırılmasışirkətlərdə bu regionu yalnız tranzit zonası kimi deyil, həm dəuzunmüddətli inkişaf və investisiya məkanı kimi görmək inamıyaradacaq”, – deyə o əlavə edib.

Dəhlizin inkişafında Amerika şirkətləri ilə tərəfdaşlıqimkanları

“Nümayəndə heyətinin tərkibində olan bir neçə şirkət artıqpotensial biznes tərəfdaşlarını müəyyən edib və biz onlarla əlaqənidavam etdiririk ki, bu səfərin onların biznesinə nə dərəcədə faydagətirdiyini daha yaxşı anlayaq.

Vacib məqamlardan biri odur ki, missiyamıza ABŞ Beynəlxalqİnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişafAgentliyi (USTDA) qoşuldu. Hər iki təşkilat ABŞ-la Orta Dəhlizregionu arasında ticarət və biznesin inkişafına mühüm dəstəkgöstərir. DFC uzun illərdir Gürcüstanda fəaliyyət göstərir və FedExobyektlərindən tutmuş mehmanxanalara və əyləncə komplekslərinəqədər müxtəlif layihələrdən ibarət portfelə malikdir. DFC-ninidarəedici direktoru Kennet Endcelin vurğuladığı kimi, korporasiyaOrta Dəhliz regionunda ABŞ-ın iqtisadi tərəfdaşlıqlarını inkişafetdirmək üçün özəl sektorla fəal əməkdaşlıq edir. Limanlar,nəqliyyat və logistika daxil olmaqla, kritik infrastruktursahələrinə investisiya üçün böyük potensial mövcuddur”, - deyəUSACC-nin icraçı direktoru bildirib.

O, həmçinin USTDA-nın roluna toxunub.

“Agentlik texniki-iqtisadi əsaslandırma və texniki yardım üzrəqrantlar vasitəsilə iri infrastruktur layihələrinə dəstəkdə mühümrol oynayır. Bu isə yerli bazar iştirakçıları üçün Amerikaşirkətləri və xidmət təchizatçıları ilə əməkdaşlıqda yeni imkanlaryaradır”,- deyə Baxışov əlavə edib.

Qarşıdakı biznes missiyaları haqqında

“Biz yeni missiyaların təşkilini ciddi şəkildə nəzərdənkeçiririk, çünki şirkətlərin biznes imkanlarını daha yaxşı dərketməsi və uyğun tərəfdaşlarla əlaqə qurması üçün onlar əvəzsizəhəmiyyət daşıyır. Bu il Azərbaycan Ümumdünya Telekommunikasiyaİnkişaf Konfransına ev sahibliyi edəcək və bu tədbir biznesi yeniperspektivlərlə əlaqələndirmək üçün əla platforma olacaq. Mən hesabedirəm ki, bu əlamətdar hadisə eyni zamanda Amerika şirkətlərinümayəndə heyətinin növbəti missiyası üçün də zəmin yarada bilər.Məqsədimiz Amerika texnologiyalarının Azərbaycanın və bütünregionun gələcək texnoloji inkişafında mühüm rol oynamasını təminetməkdir”,- deyə o bildirib.

Baxışov həmçinin TRIPP təşəbbüsünün (Trump Route forInternational Peace and Prosperity – Beynəlxalq Sülh və RifahaAparan Tramp Marşrutu) icrasına başlanması ilə Amerika şirkətləriüçün geniş imkanlar yarandığını qeyd edib.

“Biz TRIPP çərçivəsində yaranan imkanları diqqətləqiymətləndirəcəyik və çox güman ki, bu konsepsiya əsasında xüsusibir ticarət missiyası da təşkil olunacaq”, – deyə o əlavə edib.

Orta Dəhliz boyunca əməkdaşlığın gücləndirilməsindənövbəti addımlar

USACC-nin icraçı direktoru hesab edir ki, ötürücülükqabiliyyətinin artırılması, rəqəmsal gömrük islahatı, yenilogistika habları, enerji sahəsində inteqrasiya və idarəetməninharmonizasiyası birlikdə Orta Dəhlizi yaxın illərdə MərkəziAsiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən etibarlı, rəqabətədavamlı və strateji əhəmiyyətli ticarət marşrutuna çevirəbilər.

“Mənim fikrimcə, ilk növbədə multimodal nəqliyyat ötürməqabiliyyətinin genişləndirilməsi vacibdir. Bu, dəmir yolubağlantılarının və əlaqəli marşrutların müasirləşdirilməsi,həmçinin terminalların yenilənməsi hesabına həyata keçirilməlidirki, ötürmə gücü artsın və tranzit vaxtı azalsın. Xəzər regionununƏlət, Aktau və digər əsas mərkəzlərindəki liman obyektləri də bərəreyslərinin tezliyini artırmalı və yüklərin emalı səmərəliliyiniyüksəltməlidir.

Bundan az əhəmiyyətli olmayan digər məsələ gömrük və sərhədprosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırılmasıdır. OrtaDəhliz boyunca “bir pəncərə” sistemlərinin inteqrasiyası yüklərinrəsmiləşdirilmə vaxtını əhəmiyyətli dərəcədə azalda bilər. Yaxşıbir nümunə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən istifadəyəverilmiş vahid Transxəzər gömrük-tranzit elektron portalıdır. Busistem artıq Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan,Qırğızıstan və Tacikistanı əhatə edir. Belə çoxtərəfli mexanizm yükgöndəricilərinə inamı artırır və xüsusilə vaxt həssas yüklər üçünproqnozlaşdırmanı yaxşılaşdırır”, - deyə o bildirib.

Sonda Baxışov qeyd edib ki, dəhlizin uzunmüddətli uğurulogistika hablarının və daxili azad iqtisadi zonaların qarşılıqlıuyğunluğundan asılı olacaq.

“Uyğunlaşdırılmış prosedurlar və inteqrasiya olunmuş xidmətlərnəqliyyat növləri arasında maneələri azaltmaq və bütün sisteminregionda fasiləsiz fəaliyyətini təmin etmək üçün əsas şərtdir”, –deyə o yekunlaşdırıb.

Chosen
3
1
az.trend.az

2Sources