EN

AAOIFI Azərbaycanı islam bankçılığının inkişafında dəstəkləməyə hazırdır

İslam Maliyyə Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI) Azərbaycanı İslam bankçılığının inkişafında dəstəkləməyə hazırdır.

Bunu AAOIFI-nin qəyyumluq şurasının sədri şeyx İbrahim bin Xəlifa Əl Xəlifa Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-ci günündə bəyan edib.

"İndi biz İslam bankları üçün əlçatan vəsaitlərin məbləğini bilirik. Bu, təxminən 6 trilyon ABŞ dollarıdır. Bu uzunmüddətli kapitaldır ki, hökumətlərə bu gün lazımdır", - o qeyd edib.

Şeyx İbrahimin sözlərinə görə, aktivlərlə təminat və risklərin bölüşdürülməsinə əsaslanan prinsip bu vəsaitləri davamlı, inklüziv və dayanıqlı inkişaf məqsədlərinə uyğun edir.

O bildirib ki, AAOIFI-də Azərbaycanı dəstəkləməyə hazırdrılar: "Bu regionda maliyyə fəaliyyətinin mərkəzi olmağa can atırıq".

İ.Xəlifa vurğulayıb ki, təşkilatın gələcəkdə ölkənin strateji layihələrinə uzunmüddətli maliyyə dəstəyi verərək bu mexanizmlərdən istifadəyə ümid etdiyini vurğulayıb.

report

Chosen
20
1
banco.az

2Sources