EN

Azərbaycan Mərkəzi Bankının ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq.

Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib.

    Qeyd edilib ki, AMB-nin ehtiyatları 2024-cü ildə 11 mlrd. ABŞ dollarına bərabər olub. Bu göstəricinin 2025-ci ildə 14,3 mlrd. dollara, 2026-cı ildə isə 14,8 mlrd. dollara yüksələcəyi gözlənilir.

    EIU illik idxal həcmlərini 2025-ci ildə 11,61 mlrd. dollar, 2026-cı ildə isə 12,07 mlrd. dollar səviyyəsində proqnozlaşdırıb. Başqa sözlə, AMB ehtiyatları ilə 2025-ci ildə idxalı 6,6 ay, 2026-cı ildə isə 6,5 ay qarşılama potensialına malik olacaq.

    apa

    Chosen
    20
    2
    banco.az

    3Sources