EN

Mükafatı aldı və gözyaşlarına boğuldu - Bunu sadəcə 10 futbolçu edə bilib

Dembele ilin oyunçusuna verilən “Qızıl top”u qazandıqdan sonra emosional anlar yaşayıb. Fransız futbolçu öz adını əfsanələrlə yanaşı tarixə həkk edib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın “France Football” futbol jurnalı tərəfindən təşkil edilən 2025-ci ilin “Qızıl top” mükafatı Fransanın paytaxtı Parisdəki Chatelet Teatrında təşkil edilən mərasimdə öz sahibini tapıb.

Paris Saint-Germain-in fransız ulduzu Ousmane Dembele ilin oyunçusuna verilən "Qızıl top"un sahibi oldu .

“Barselona”nın ispaniyalı futbolçusu Lamine Yamal ikinci, PSJ-nin portuqaliyalı futbolçusu Vitinya isə üçüncü olub.

28 yaşlı Dembele mükafatı alarkən göz yaşlarına boğularaq anasına təşəkkür edib. Fransız futbolçu öz adını əfsanələrlə yanaşı tarixə həkk edib.

Chosen
15
manset.az

1Sources