EN

Qadın iki uşağını öldürməkdə təqsirli bilinib- Bu ölkədə....

Ajans.az xəbər verir ki,45 yaşlı Hakyunq Li, 2018-ci ilin iyununda 6 yaşlı Minu Co və 8 yaşlı Yuna Jo adlı uşaqlarını öldürməkdə ittiham olunurdu. Uşaqların qalıqları yalnız 2022-ci ilin avqustunda, Oklenddəki tərk edilmiş bir saxlama anbarında çamadanların içində tapılıb. Li həmin vaxt artıq Cənubi Koreyaya qaçmışdı və orada adını dəyişmişdi. Li, Yeni Zelandiya vətəndaşı olsa da, Cənubi Koreyada anadan olub və əvvəllər Ji Eun Lee adı ilə tanınıb. O, 2022-ci ilin noyabrında Cənubi Koreyadan Yeni Zelandiyaya ekstradisiya edilib. Məhkəmə zamanı Li ittihamları rədd etsə də, vəkilləri onun hadisə zamanı ruhi xəstəlikdən əziyyət çəkdiyini iddia ediblər. Vəkil Lorraine Smith, Linin uşaqlarını antidepressantlarla zəhərlədiyini etiraf etdiyini, lakin bu hadisənin onun "psixi pozğunluq" vəziyyətində baş verdiyini bildirib. Müdafiə tərəfi, qadının həyat yoldaşının ölümündən sonra ruhi vəziyyətinin daha da ağırlaşdığını iddia edib. Lakin prokuror Natalie Walker, Linin hərəkətlərinin "soyuq və hesablanmış" olduğunu deyərək, onun uşaqlarını eqoist məqsədlərlə, onlarsız yeni həyata başlamaq üçün qətlə yetirdiyini bildirib. Prokurorluq həmçinin qeyd edib ki, qadın psixoloji çətinliklər yaşasa da, bu, onu cinayət məsuliyyətindən azad edəcək qədər ciddi olmayıb. Uşaqların cəsədləri, Li-nin saxlama anbarının icarə haqqını ödəməyi dayandırmasından sonra oradakı əşyaların onlayn hərraca çıxarılması nəticəsində təsadüfən aşkar edilib. Çərşənbə axşamı Oklend Ali Məhkəməsində çıxarılan hökmə əsasən, Hakyunq Li qətldə təqsirli bilinib. Məhkəmənin hakimi Cefri Venninq, onun noyabrın 26-da cəza hökmünün elan ediləcəyini bildirib. Yeni Zelandiya qanunvericiliyinə görə, qətl cinayəti məcburi ömürlük həbs cəzası nəzərdə tutur, lakin hakim şərti azadlığa müraciət üçün minimum 10 illik həbs müddəti təyin edə bilər. Məhkəmə prosesi zamanı psixoloji narahatlıq keçirdiyi bildirilən Li, prosesin böyük hissəsini başqa otaqdan izləyib, lakin hökm oxunan zaman müttəhimlər kürsüsündə iştirak edib, başını aşağı salaraq üzünü saçları ilə örtüb.

 

Chosen
24
Ajans.az

1Sources