Bakı. Trend:
III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərindəazarkeşlər üçün fan zonalar təşkil olunacaq.
Trend xəbərverir ki, Gəncədə əyləncə zonası şəhərin İcra Hakimiyyəti binasınınqarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fanzonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə vəmədəni proqramlarla zəngin bir məkan olacaq:
Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları,foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq vəincəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramlarıdaxildir.
Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalarsəhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsəbayram ab-havası yaşadacaq.
"Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ciil tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə,Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış vəbağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq",-əlavəedilib.