EN

Rusiya bu ölkədə qiyam HAZIRLAYIB

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Moldovada parlament seçkiləri öncəsi “Rusiya dəstəyi ilə qiyam başlatmağa çalışdıqları” iddiası ilə 74 nəfər saxlanılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Moldova rəsmiləri ölkədə “kütləvi iğtişaşlar” yaratmaq və “ölkəni qeyri-sabit vəziyyətə salmaq” məqsədilə Rusiya tərəfindən dəstəkləndiyi iddia edilən bir planla bağlı aparılan istintaq çərçivəsində təxminən 250 reyd keçirib və nəticədə 74 nəfər saxlanılıb. 

Polis bildirib ki, reydlər 100-dən çox şəxsi hədəf alıb və ölkənin müxtəlif bölgələrində həyata keçirilib. Moldova Baş Prokurorluğunun təşkil olunmuş cinayətkarlıq və xüsusi işlərlə mübarizə idarəsinin rəhbəri Viktor Furtuna saxlanılan şəxslərin 72 saat müddətində nəzarətdə saxlanılacağını açıqlayıb. Moldova polisi iddia edir ki, qiyam planı “Rusiya Federasiyasından cinayətkar qruplar vasitəsilə koordinasiya olunub”. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
cebheinfo.az

2Sources