EN

Qarabağ münaqişəsi bitdi Kasparovun reaksiyasına baxın!

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Artıq Qarabağda qan axmamasını alqışlayıram. Lakin bütün bunlar mənim üçün asan deyil, çünki anamın kökü Qarabağdan gəlir. Nənəm Hadrutdandır. Mənim üçün bütün bunlar ağrılıdır, bilmirəm onlara (erməniləri nəzərdə tuitur – red.) güzəşt olunacaqmı, bir az da olsa, muxtariyyət veriləcəkmi? Bütövlükdə artıq Qarabağ yoxdur. Artıq ermənilərin olan o torpaq yoxdur. Bu psixoloji və emosional yanaşmamdır.

Axar.az xəbər verir ki, bunu bir vaxtlar bakılı kimi tanınan şühmat üzrə dünya çempionu olmuş erməni Harri Kasparov məşhur jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.

“İndi isə qlobal yanaşmama gələk, ümid edirəm ki, Cənubi Qafqazdakı bu qanayan yara nəhayət ki, sağalacaq. Burda həm də 1915-ci ildəki “erməni soyqırımı” məsələsi var. Aydındır ki, Paşinyan bundan da imtina etməlidir, çünki orada Türkiyə amili var. Amma tarix tarixdir, bügünkü, sabahkı həyat başqadır. Ümumilikdə Allaha şükür olsun ki, Rusiyanı oradan tamamilə çıxarıblar”, - o bildirib.

Kasparov qeyd edib ki, əsas, başlıca təxribatçı Rusiya idi və bütün bu hadisələrə səbəb olan Rusiya artıq orda olmayacaq:

“Ümid edirəm ki, bu vəziyyətdə Ermənistan öz simasını qoruyacaq, çünki Qarabağdakı erməni kəndləri var, tarix var. Amma təbii ki, bu, irəliyə doğru addımdır, çünki biz inkişaf edən region əldə edirik, orda məşğulluq, iş imkanları var. Azərbaycanlıların öz bacarıqları, ermənilərin öz bacarıqları var və bunlardan nəsə etmək olar. Mənim anam ermənidir, yəhudi ilə evlənib, xalalarımdan biri erməni, digəri azərbaycanlı ilə evlidir. Ailəmiz rusdilli olsa da, hər kəsi özündə birləşdirir, biz bakılı olmuşuq. Ümid edirəm ki, bu böyük addım bir çox ölkələr üçün də nümunə olacaq, anlayacaqlar ki, harda Rusiyanın təsiri azdırsa, ən əbədi düşmənlər, aralarına qan girmiş olanlar belə kompromis tapa bilər”.

Qordonun “Heydər Əliyev sizi çox sevirdi və dəstəkləyirdi, İlham Əliyev də sizə hər zaman isti münasibət bəsləyib. Ehtimal verirsinizmi ki, indi yox, 5 və ya 10 ildən sonra doğulub böyüdüyünüz Bakı şəhərinə qayıdasınız” sualına Kasparov belə cavab verib:

“İlham Əliyev barədə heç nə deyə bilmərəm, çünki onunla yolum kəsişməyib, amma mən Heydər Əliyevə çox minnətdaram. Bu barədə daim yazmışam. Təbii ki, onun dəstəyi olmasaydı, bacarmazdım (“dünya çempionu ola bilməzdim” demək istəyir – red.). Yalnız Heydər Əliyev öz nüfuzu, gücü ilə bütün bu KQB maşınına, Karpovu zirvədə saxlamaq istəyən partiya maşınına qalib gələ bildi. Birinci mərhələdə, sadəcə olaraq, hər cür yolla məni çıxarmağa çalışanda, o cümlədən 1983-cü ildə diskvalifikasiya olunarkən, məni müdafiə edən Əliyev oldu. Karpov çox narahat olmasın deyə, məni yarışdan çıxardılar. Bütün bunlar Boris Stukalinin başının altından çıxırdı, o, Sov İKP MK-nın ideologiya şöbəsinin müdiri idi. Sonra Əliyevdən xahiş etdim. Və belə bir əfsanə dolaşır ki, Əliyev Stukalinlə görüşüb deyib ki, Boris İvanoviç, siz diqqətli olun, həmyerlimi incitməyin. Və deyirlər ki, Stukalin üçün 1983-cü ilin iyul-avqust aylarında Andropovun sevimlilərindən olan KQB generalı Əliyevlə qarşı-qarşıya gəlmək yaxşı olmazdı. Bunu xatırlayıram və həmişə bu barədə yazıram. Ümumi tanışlar vasitəsilə Əliyev məni Bakıya çağırmışdı. Ora Rostropoviç də gəlmişdi. O da bakılı idi, bizim yaxşı komandamız var idi - Landau, Rostropoviç və mən, Landau da bakılıdır. Mən onda dedim ki, Bakıya gəlmək mənə xoş olar, amma öz vəziyyətimdən sui-istifadə etmək istəmirəm, haçan ki erməni soyadını daşıyan istənilən şəxs Bakıya gələ biləcək, o zaman məmnuniyyətlə. İndi isə vəziyyət yaxşı tərəfə dəyişir. Təbbi ki, mənim ora getmək istəyim var, amma mənim üçün vətən insanlardır. Çox istəyirəm ki, uşaqlarım və arvadım oranı görsün. Artıq o yaşdayam ki, istəsən də, istəməsən də, nostalji ürəyimi sıxır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
5
axar.az

6Sources