EN

“Prezidentin BMT nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” Deputat

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da gücləndirən mühüm addımdır”. 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, sessiyada əsas müzakirə mövzularından biri Cənubi Qafqazda sülh gündəliyi ola bilər:

"Azərbaycan artıq post-münaqişə dövründədir və dövlət başçısının çıxışında sülh sazişinə doğru atılan addımlar, regionda davamlı sabitliyin təmin olunması ilə bağlı mövqelərini ortaya qoyması gözlənilir. Bu, həm də Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq miqyasda dəstəklənməsi üçün önəmli platformadır”.

Ekspert qeyd edib ki, qlobal enerji təhlükəsizliyi, bərpa olunan enerji layihələri, Orta Dəhliz və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi də masada ola bilər:

"Azərbaycan bu sahələrdə artıq beynəlxalq tərəfdaşlıq üçün etibarlı mərkəzə çevrilib və Prezident İlham Əliyevin nitqində bu istiqamətdə yeni çağırışların səslənməsi ehtimal olunur. Səfərin əhəmiyyətini artıran digər məqam isə ikitərəfli görüşlərdir. Nyu-Yorkda müxtəlif ölkələrin liderləri ilə keçiriləcək danışıqlar Azərbaycanın diplomatik fəallığını daha da gücləndirəcək, beynəlxalq əməkdaşlıq xəritəsini genişləndirəcək”.

Parlamentari vurğulayıb ki, bu səfər həm qlobal məsələlərin müzakirəsində ölkəmizin səsini çatdırmaq, həm də regional reallıqları dünya ictimaiyyətinə təqdim etmək baxımından xüsusi əhəmiyyətlidir:

"Azərbaycanın son illərdə qazandığı uğurlar, ərazi bütövlüyünün bərpası və yeni inkişaf mərhələsinə qədəm qoyması beynəlxalq tribunalarda daha inamlı çıxış etməyə imkan verir. Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın həm regional lider, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyəcək. Bu tribuna Azərbaycanın haqq səsini, sülh çağırışlarını və inkişaf gündəliyini bütün dünyaya çatdırmaq üçün ən ali platformalardan biridir”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
azxeber.com

1Sources