EN

Rusiya kəşfiyyatı: Bu ölkənin işğalına hazırlıq gedir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa ölkələri Moldovanı işğal etməyə hazırlaşırlar.

Teleqraf xəbər verir ki, bu iddia Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülüb.

“Hazırda NATO-ya üzv ölkələrin silahlı qüvvələri Moldova sərhədi yaxınlığında - Rumıniyada cəmləşir. NATO Dnestryanını (Moldovanın Rusiya tərəfindən işğal edilmiş bölgəsi – red.) qorxutmaq üçün Ukraynanın Odessa vilayətinə desant çıxarmağa hazırlaşır. Məlumata görə, Fransa və Böyük Britaniyadan peşəkar hərbçilərin ilk qrupu artıq Odessaya gəlib”, - qurum vurğulayıb.

Bəyanatda qeyd edilib ki, bu ssenari NATO-nun Rumıniyada keçirilən təlimləri zamanı dəfələrlə tətbiq olunub və Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkilərindən sonra həyata keçirilə bilər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, planın həyata keçirilməsi üçün Moldova ərazisinə qoşun yeridiləcək.

“Bəhanə yaratmaq üçün Dnestryanıya və bölgədə yerləşdirilmiş Rusiya qoşunlarına qarşı silahlı təxribatlar planlaşdırılır”, - kəşfiyyat əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
sherg.az

3Sources