EN

"Turan Tovuz"un futbolçusu: "Bu bizə əlavə çətinlik yarada bilər"

"Sabah"la oyuna yaxşı hazırlaşmış, rəqibi təhlil etmişdik. Buna baxmayaraq, oyun istədiyimiz kimi alınmadı və uduzduq".

İdman.biz xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev deyib.

Tovuz təmsilçisinin futbolçusu əlavə edib ki, futbolda belə şeylər olur, səhvlərdən nəticə çıxaracaqlar: "Çempionatın əsas hissəsi hələ qabaqdadır. Qarşıda qərb derbisi var. "Sabah"la oyunu unudub bu görüşə hazırlaşırıq. "Kəpəz"in hələ xalı yoxdur. Gəncə təmsilçisinin baş məşqçisi postundan ayrılıb. Komandanı növbəti oyuna yeni mütəxəssis çıxarsa, bu bizə əlavə çətinlik yarada bilər. Öz növbəmizdə yaxşı hazırlaşıb "Kəpəz" üzərində qələbə qazanmağa çalışacağıq. Xal hesabımızı artırmağa və yüksək yerlər uğrunda mübarizə aparmağa köklənmişik".

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" görüşü sentyabrın 28-də baş tutacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.

İdman.biz

Chosen
8
2
idman.biz

3Sources