EN

19 yaşlı Endrik üçün “Nyukasl”dan təklif

“Nyukasl Yunayted” “Real Madrid”in gənc hücumçusu Endriki heyətinə qatmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yanvar ayında 19 yaşlı brazilyalını icarə əsasında transfer etməyi planlaşdırır. Artıq futbolçunun meneceri ilə “Nyukasl” rəhbərliyi arasında danışıqlar başladığı bildirilir.

Qeyd edək ki, böyük istedad kimi göstərilən Endrik bu mövsüm zədə səbəbindən hələlik meydanda görünməyib. O, 2024-cü ilin yayında “Palmeyras”dan “Real Madrid”ə qoşulub və klubun gələcək planlarında mühüm yer tutur.

Chosen
10
idmanxeber.az

1Sources