Azərbaycan Premyer Liqa təmsilçisi “Karvan Yevlax” futbolçuları ötən gün komandanın məşqinə çıxmayıblar.
MilliYol.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb oyunçuların maaş və mükafatlarını ala bilməmələridir.
Narazılıq edən futbolçuların rəhbərliklə danışığı müsbət nəticə verməyib.
Səbri daşan oyunçular son çarəni məşqə çıxmamaqda görüblər.