EN

Azərbaycan və Qazaxıstan dəmir istehsalı üzrə birgə müəssisə yaradacaqlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Daşkəsən Dəmir Filizi" MMC ilə Qazaxıstanın "Fonte GreenMet Investments Fund OEIC Limited" şirkəti arasında "Yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir" (HBI) istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.
Sənədə "Daşkəsən Dəmir Filizi" MMC-nin direktoru Ceyhun Əliyev və "Fonte GreenMet Investments Fund"un baş icraçı direktoru Yerjan Mussin imza atıblar.
Layihə Azərbaycanın metallurgiya sənayesinin inkişafına, dəmir filizi resurslarının səmərəli istifadəsinə və yüksək əlavə dəyərli məhsul istehsalının artırılmasına töhfə verəcək.
Məhərrəm Əliyev
Chosen
6
5
oxu.az

6Sources