EN

Qrossi BMT baş katibi vəzifəsinə namizəd olmaq istəyir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda o, “Agence France-Presse”ə müsahibəsində bildirib.

Xatırladaq ki, hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Həmin il BMT Təhlükəsizlik Şurasının 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq baş katib vəzifəsinə namizəd irəli sürəcəyi gözlənilir.

“BMT hazırda çətin vəziyyətdədir. Mən inanıram ki, təşkilatı aktuallaşdırmaq mümkündür. Əgər siz münaqişələrin və zorakılığın artmasından narahat olduğunuzu deyirsinizsə, diqqəti başqa məsələlərə yönəltmək bir qədər ikiüzlülükdür”, – deyə Qrossi qeyd edib.

Onun sözlərinə görə, artıq hamı etiraf edir ki, BMT dünya sülhünü qorumaq missiyasını lazımi şəkildə yerinə yetirmir. Bu baxımdan, argentinalı siyasətçi hesab edir ki, MAQATE rəhbəri kimi topladığı təcrübə ona baş katib postunu qazanmaqda üstünlük verəcək.

Qrossi əlavə edib ki, hamı ilə dialoqa hazırdır və hamı üçün məqbul vasitəçi olmağa çalışacaq. “Deməli, bəli, mən bu səbəblərə görə namizədliyimi irəli sürəcəyəm”, – o vurğulayıb.

Chosen
14
2
operativmedia.az

3Sources