"Azəriqaz" İB Sumqayıt QİS-dənAjans.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.