EN

İngiltərə klubunun futbolçusu reanimasiyaya yerləşdirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

İngiltərənin “Çiçester Siti” komandasının futbolçusu Billi Viqar ciddi kəllə-beyin travması səbəbindən xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə sentyabrın 20-də İngiltərə regional liqasında keçirilən qarşılaşmada baş verib. İlkin ehtimallara görə, 21 yaşlı hücumçu beton divara çırpılaraq xəsarət alıb.

Vigarın hazırda reanimasiyada süni koma vəziyyətində saxlanıldığı, bərpa prosesinin uzun çəkəcəyi bildirilib.

Qeyd edək ki, Billi Viqar “Arsenal”ın yetirməsidir.

 

 

 

 

Chosen
42
2
azertag.az

3Sources