EN

Canan Karatay “olmazsa olmaz” deyib açıqladı! Ağrıları 30 saniyədə yox edir

Türkiyəli professor Canan Karatay, sağlam qidalanma ilə bağlı tövsiyələri ilə diqqət çəkir. Mövsüm keçidləri dövründə xəstəliklərdən qorunmaq istəyənlər üçün mühüm bir məsləhət verən Karatay, immuniteti gücləndirən bir qidanı gündəmə gətirib. 

Sherg.az xəbər verir ki, Karatayın “olmazsa olmaz” adlandırdığı o qidanın, əslində ağrıları aradan qaldırdığı üzə çıxıb!

Ənənəvi yanaşmaları alt-üst edən açıqlamaları ilə tanınan Prof. Dr. Canan Karatay, turşu və turşu suyunun sağlamlığa təsirlərini bir-bir izah edib. O, turşunun çoxlu probiotik ehtiva etdiyini və immuniteti gücləndirən faydalı qidalardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, turşu suyunun faydaları turşudan az deyil, əksinə bir çox baxımdan sağlamlığı dəstəkləyir.

Karatay, içilən turşu suyunun mütləq dərmansız, ev turşusu olmalı olduğunu bildirərək, bu suyun 30 saniyə ərzində ayaq qıcolmalarını (krampları) yox etdiyini açıqlayıb. O, araşdırmalarla təsdiqlənmiş turşu suyunun idmançılara verilmədiyini vurğulayıb: “İdmançılara adətən elektrolitli sular verilir, amma turşu suyu verilmir. Halbuki turşu suyu hamısından daha güclüdür,”- deyə o qeyd etdi.

Karatay turşu suyunun dəri sağlamlığına təsirindən də danışaraq, “Bədəninizə sürtdükdə sızanaqları aparır və dərini parıldadır” deyib. Həmçinin turşu suyu beyinə elektrolit və su təmin edərək bulanıq düşünməni aradan qaldırır, unutqanlığın qarşısını alır.

Karatay gənclik illərini xatırladaraq, universitet dövründə Çemberlitaş, Kurtuluş, Üsküdar və Kadıköy kimi məhəllələrdə turşu suyu içərək gümrah olduqlarını söyləyib.

Xüsusilə menstruasiya dövrü üçün də turşu suyunun mühüm faydaları olduğunu bildirən Karatay, gənc qadınların aybaşı öncəsi və zamanı yaşadığı ağrıları və aclıq hissini azaltdığını qeyd edib.

Professor Karatay qış aylarında süfrələrdən turşu və turşu suyunun əskik edilməməsinin vacibliyini vurğulayaraq, bu qidaların sağlamlığı qoruma və immuniteti gücləndirmə baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Chosen
36
1
sherg.az

2Sources