BMT Sammiti üçün Nyu Yorkda səfərdə olan Fransa prezidenti Makron dünən axşam ABŞ prezidenti Trampın korteci səbəbindən səfərinə davam edə bilməyib. Maşından düşüb piyada yoluna davam edib. Makron Trampa zəng edərək, “Görürsən, sənin üzündən yollar bağlı olduğu üçün küçədə gözləyirəm” deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı ölkəsinin Fələstin Dövlətini tanıdığını elan etməsindən bir neçə saat sonra ABŞ prezidenti Donald Trampın korteci onu Nyu York küçələrində ilişib qalıb.
Sentyabrın 22-də axşam Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Fələstin Dövlətini rəsmən tanıyan Makron kifayət qədər qeyri-adi an yaşadı. Brutun "TikTok" hesabında paylaşılan videoda Fransa liderinin Trampın prezident korteji səbəbindən Nyu York küçələri ilə davam edə bilməməsi göstərilir.