EN

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, Fransanın iddialı klublarından olan "Lill" onunla yaxından maraqlanır.

"Lill" klubu hətta gələn yayı gözləmədən qış "transfer pəncərəsi"ndə Azərbaycan millisinin üzvünü heyətinə cəlb etməyə çalışacaq.

24 yaşlı futbolçu 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 195 oyunda 8 qol vurub və 32 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Elvinin Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
19
2
bizim.media

5Sources