ain.az, Bizim media portalına istinadən məlumat yayır.
“Məktəbli formalarının satışında heç bir zərərimiz olmayıb, əksinə bu il satışımız yaxşı gedib”.
Bu sözləri Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, bu il 60 min forma satılıb:
“Mağazalarımızda məhsullarımızın demək olar ki, 95 %-ni satıb bitirmişik. Ehtiyac olduqca da yenidən formalar tikilir. Bu il qiymətləri endirdik. Bunun da nəticəsində satışda problem yaşamadıq və 60 min məktəbli forması satdıq. Ötən illə müqayisədə bu il satışımız 2 dəfə artıb”.Naibə Məmmədova, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.