EN

4 ay ərzində "Coursera"da 30 min Azərbaycan vətəndaşı sertifikat əldə edib

Bakı. Trend:

Son dörd ay ərzində “Coursera” platformasında 30 min Azərbaycanvətəndaşı 63 minə yaxın sertifikat əldə edib.

Trend xəbər verirki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında DördüncüSənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçıdirektoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalqİnvestisiya Forumunda etdiyi çıxışda deyib.

“Biz “Coursera” ilə əməkdaşlıq edirik: ötən il 70 minazərbaycanlının 12 mindən çox tədris proqramına pulsuz çıxışınıtəmin edən iri miqyaslı saziş bağlanıb. 2026-cı ilin aprel ayınakimi biz bunun 70 min nəfəri əhatə etməyini planlaşdırırq.Hədəfimiz bacarıqlarda olan boşluqların tez bir zamandadoldurulmasıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat strategiyasıçərçivəsində əlavə 50 layihənin gerçəkləşdirilməsi planlaşdırılır.Həmin layihələr ÜDM üçün əlavə dəyər yaradacaq, şirkətlərininkişafına , eləcə də, beynəlxalq investisiyaların və istedadlarıncəlb olunmasına vəsilə olacaq.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources