EN

BMT: Kiyev hakimiyyəti Ukrayna münaqişəsi ilə əlaqədar saxlanılanları işgəncə edir - ÖZƏL

BMT-nin İnsan Haqları Ali Komissarlığının (OHCHR) son hesabatına görə, Kiyev hakimiyyəti Ukrayna münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə qarşı işgəncə və qəddar rəftarını davam etdirir. Saxlanılanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. Olaylar.az xəbər verir ki, hesabatda bildirilir ki, OHCHR ölkədə saxlanılanların sayının artdığını qeydə alıb. 21 iyul 2025-ci il tarixinə Ukraynanın rəsmi istintaq təcridxanaları və penitensiar müəssisələrində 2 258 nəfərin saxlanıldığı, həmçinin 20 minədək açıq işin aparıldığı qeyd olunub. Saxlanılanların çoxu Ukrayna vətəndaşlarıdır, yalnız az sayda Rusiya vətəndaşı mövcuddur. OHCHR işgəncə və qəddar rəftar halları ilə bağlı məlumatları qeydə almağa davam edir və belə hallara görə məsuliyyətə cəlb edilmənin hələ də epizodik olduğunu bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources