EN

Vidadi Rzayev: "Yeni baş məşqçi Tərlan Əhmədov və ya Azər Bağırov olmalıdır"

"Baş məşqçilərin istefa verməsindən xoşum gəlmir. Düzdür, işinin öhdəsindən gəlməyən məşqçinin çantası əlindədir".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev deyib.

"Kəpəz"in sabiq məşqçisi Adil Şükürovun "Qəbələ"yə məğlubiyyətdən sonra istefa verməsinə münasibət bildirib: "Ardıcıl 5 yenilgidən sonra Adil Şükürovun istefası gözlənilən idi. Məğlubiyyətlərin əsas səbəbi nə olub, deyə bilmərəm. "Kəpəz" "dişsiz" məğlub olurdu. Bu suala Adil müəllimin özü cavab verə bilər. Heyəti Erkin İbrahimovla bir yerdə komplektləşdirmişdi. "Qəbələ" ilə oyunda 3-cü qolu hamı gördü. Elə səhv etmək olar? Hamı istəyir ki, Gəncədə yaxşı komanda olsun. Əfsuslar olsun ki, komanda necə illərdir Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. 4-5 tur ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi dəyişir, yeni gələn komandanı liqada saxlayır. İllərdi eyni ssenari təkrarlanır. Gəncə komandası elitanı tərk etməməllidir. Fikrimcə, yeni baş məşqçi Tərlan Əhmədov və ya Azər Bağırov olmalıdır. Hər ikisi komandanı elitada saxlayıb. Ancaq onların zəiyyətinə qiymət verilməyib. Onlara yeni mövsüm üçün də şans verilməli idi".

Qeyd edək ki, "Kəpəz" baş məşqçi Adil Şükürovu istefaya göndərib. Gəncə təmsilçisi keçirdiyi 5 matçın hamısında uduzub.

İdman.biz

Chosen
23
1
idman.biz

2Sources