EN

Stanford Universitetinin TOP 2% reytinqində UNEC ölkə üzrə birinci oldu

Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin yer aldığı TOP 2% siyahısının 2024-cü il üzrə nəticələrini açıqlayıb.

"Unikal" xəbər verir ki, reytinq tərtib edilərkən iki əsas istiqamət – tədqiqatçıların 1788-2024-cü ilin sonuna qədər olan karyerasını əhatə edən “Career-long impact” və yalnız 2024-cü ildə alınan sitatlar və nəşrləri əks etdirən “Single recent year” göstəriciləri əsas götürülüb.

“Career-long impact” göstəricisinə əsasən, yəni 1788–2024-cü illər ərzində alimlərin nəşr və istinad göstəricilərinə görə aparılan qiymətləndirmədə Azərbaycan üzrə 21 tədqiqatçı siyahıya düşüb. Onlardan 5 nəfəri UNEC-in əməkdaşıdır. Bu, ümumi göstəricinin 24%-ni təşkil edir və UNEC bu nəticə ilə ölkədə 1-ci yerə yüksəlib. Xüsusilə sevindirici haldır ki, ötən il bu kateqoriyada UNEC-dən heç bir tədqiqatçı siyahıda yer almamışdı.

“Single recent year” (yalnız 2024-cü ildəki nəşrlər və sitatlar) göstəricilərinə əsasən isə Azərbaycan üzrə 41 alim siyahıya daxil edilib. Onların 8 nəfəri UNEC-in tədqiqatçılarıdır. Bu, 20%-lik göstərici deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici UNEC üzrə 17% təşkil etmişdi.

Stanford Universitetinin tərtib etdiyi bu nüfuzlu reytinq dünyanın ən azı 5 elmi məqaləyə sahib olan 100.000 alimindən yalnız ilk 2%-lik qrupa daxil olanları əhatə edir. Qiymətləndirmə 22 əsas elmi sahə və 147 alt sahə üzrə aparılıb. Reytinqin formalaşdırılmasında ümumi istinad sayı, h-indeks, müəlliflik mövqeyi (tək, birinci, sonuncu müəllif), özünə istinad və istinadsız göstəricilər, sitatların neçə müxtəlif məqalədən olduğu kimi metriklər əsas götürülüb.

Chosen
11
7
unikal.az

8Sources