EN

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

B akıda keçirilən 10-cu beynəlxalq “Caspian Air Cargo Summit”də iştirak etdik.2006-cı ildən etibarən regionun aparıcı logistika tədbirinə çevrilən bu sammit ölkəmizin qlobal ticarətdə artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycan regionda ən böyük və müasir hava yükü donanmalarından birinə sahibdir. 

Marja xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir qeyd edib ki, 2027-ci ildə Ələt Azad İqtisadi Zonasının tərkibində istifadəyə veriləcək yeni beynəlxalq yük hava limanı isə Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək.

"Ümid edirəm ki, Bakıda bir araya gələn sahə liderləri məhsuldar müzakirələri ilə qlobal hava yük daşımalarının inkişafına töhfə verəcəklər",- nazir əlavə edib.

Chosen
13
9
marja.az

10Sources