EN

Xəstəliyini xərçəng bildilər - Balqabaq tumu çıxdı

1,5 ildən çox davam edən və müxtəlif müalicələrə cavab verməyən quru öskürək şikayəti ilə çoxsaylı sağlamlıq müəssisələrinə müraciət edən Aysel Türkeşin ağciyərində nəfəs yolunu tıxayan bir balqabaq tumu tapılıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Battalgazi Dövlət Xəstəxanasında aparılan tomoqrafiya və bronkoskopiya nəticəsində bu yad cisim çıxarılıb.

Türkeş bildirib ki,  uzun müddət gecə yatmaqda çətinlik çəkib, öskürəkdən ağızından qan gəlirdi. Müalicə edilməyən öskürək səbəbindən hətta xərçəngdən şübhələnilib. Bronkoskopi zamanı ağciyərinə balqabaq tumunun ilişdiyi müəyyənləşib və çıxarılıb. İndi isə tam sağalıb.

Chosen
3
manset.az

1Sources